ABŞ İranı 18 aydan sonra vuracaq?
31 iyul 2012 19:41 (UTC +04:00)

ABŞ İranı 18 aydan sonra vuracaq?

İranın vurulması ilə bağlı yeni bir iddia yayılıb. Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, amerikalı mütəxəssislər 18 aydan sonra İranın nüvə proqramının böhran həddinə çatacağını, Tehranın atom silahı əldə etmək astansında olacağını söyləyiblər. Onların fikrincə, onda ABŞ-ın İrana güclü zərbə endirməsinin vaxtı çatacaq.

İsraildə çıxan «Ediot Ahronot» qəzeti bugünkü sayında yazıb ki, olayların bu yöndə inkişaf edəcəyi ehtimalı haqda ABŞ prezidenti Barak Obama bağlı qapılar arxasında keçən danışıqlarda bildirib. Müşahidələrə əsasən, bu həm də İsrailə «təkbaşına hücum etmə» ismarıcının verilməsidir. Bu halda Vaşinqton Təl-Əvivi dəstəkləyə bilməyəcək.

Pentaqonun başçısı Leon Panettanın İsrailə bugünkü səfəri zamanı yəhudi dövlətinin baş naziri Binyamin Netaniyahu ilə görüşündə də müzakirə ediləcəyi ehtimal olunur.

Bu günlərdə isə B.Obama «CNN»-ə müsahibəsində bunları bildirib: «Biz hesab edirik ki, İran tezliklə nüvə dövləti olacaq. Onu da bilirik ki, atom bombası əldə edilməsi üçün ayətulla Xamneyi hələ əmr verməyib. Bununla belə, o, dünyanı hədələmək üçün aldatmaq qərarına gəlib. Biz İranın nüvə dövləti olmasına imkan verməyəcəyik. Bundan ötrü bütün variantlardan istifadəni istisna etmirik».

ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nulandın sözlərinə görə, İsraillə danışıqlar zamanı İranın nüvə proqramı məsələsi müzakirə olunur: «Hər kəs bizim mövqeyimizi bilir – biz heç bir variantı istisna etmirik, ancaq indi təzyiqləri artırırıq və məsələnin diplomatik yolla həlli yollarını arayırıq».

Onu da xatıladaq ki, ABŞ-ın Hərbi Hava Qüvvələri 330 milyon dollarlıq yeni bombanı yaradılmasını maliyyələşdirib. Bu qurumun başçısı Maykl Donli bu bombanı tətbiq etməyə hazır olduqlarını da deyib. Bu super bombada 2400 kq ağırlığında partlayıcı maddə var. O, 60 metr qalınlığında dəmir-beton örtüyü dağıda bilir. Onu «B-2» və «B-52» bombardmançılarında quraşdıracaqlar.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar