Pakistanda televiziya stansiyasında yanğın: 4 ölü
31 iyul 2012 19:27 (UTC +04:00)

Pakistanda televiziya stansiyasında yanğın: 4 ölü

Pakistanın şərqindəki Lahor şəhərində televiziya stansiyasında yanğın baş verib. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 4 nəfər ölüb. Hüquq-mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, “Kohinor TV” kanalının studiyasında çəkiliş zamanı baş verən yanğın nəticəsində 2 qonaq və 2 tamaşaçı tüstüdən boğularaq ölüb.

Qeyd edək ki, elektrik enerjisinin kəsilməsindən sonra stansiyanın generatoru istifadəyə verilib. Bundan sonra yanğın baş verib. 15 adamın da ağır yaralandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar