“Eurovision-2012”nin Bakı finalı günü bayram elan edildi
31 iyul 2012 16:43 (UTC +04:00)

“Eurovision-2012”nin Bakı finalı günü bayram elan edildi

Lent.az-ın Udmurtiya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Eurovision-2012”-nin final günü - 26 may bu respublikada bayram günü elan edilib. Udmurtiya prezidenti Aleksandr Volkovun imzaladığı sərəncama görə, mayın 26-sı bundan sonra Udmurtiyada “Nənələr bayramı” kimi qeyd ediləcək.

Volkov sərəncamında ailə ənənələrinin qorunub saxlanılması və ahılların sosial müdafiəsinin əhəmiyyətini nəzərə alaraq, məhz 26 mayı bayram günü kimi qeyd edilməsini zəruri sayıb.

Xatırladaq ki, bundan əvvəlki fərmanında Udmurtiya prezidenti qrupun bütün üzvlərinə “Əməkdar artist” fəxri adı verilməsi ilə bağlı da sərəncam imzalamışdı.

Qeyd edək ki, “Buranovskie babuşki” Bakıda keçirilən “Eurovision-2012”-də ikinci yeri tutmuşdular.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar