İranda bank fırıldağına görə 4 nəfər edam olunacaq
31 iyul 2012 15:54 (UTC +04:00)

İranda bank fırıldağına görə 4 nəfər edam olunacaq

Onların adları və tutduqları vəzifə barədə məlumat verilməyib. Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ölkə baş prokuroru Qulamhüseyn Möhsüni-Ejei bildirib.

Xatırladaq ki, o, ötən il oktyabrın 24-də jurnalistlərə açıqlamasında bank oğurluğu ilə bağlı ifadə vermək üçün prokurorluğu çağırılanların 67 nəfərə çatdığını, 31 nəfərin isə tutulduğunu bəyan etmişdi. Prokuror onda demişdi ki, bəziləri bank oğurluğu ilə bağlı tutulanların iş prosesinə təsir göstərmək, onu başqa istiqamətə yönləndirmək üçün təzyiq edir: “Hazırda bu işi araşdıran məsullar təzyiqlərin qarşısında qərarlıdır. Allah qoysa, bu təzyiqlərə boyun əyməyəcək, onun təsiri altına düşməyəcəyik. Bank oğurluğu ilə bağlı indiyədək 67 nəfər prokurorluğa çağırılaraq dindirilib, 31 nəfər isə tutulub”.

Ejei bank oğurluğunda təqsirləndirilən İran Milli Bankının keçmiş icraçı direktoru Mahmudrza Xavərinin ölkəyə qayıtmasına ümid qalmadığını vurğulamışdı: “Biz onun ölkəyə qayıtmamasından məyus olmuşuq. Qayıtmazsa, İnterpol yolu ilə tutub ölkəyə qaytarmaq məcburiyyətində qalacağıq”.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, «İran Milli Bankı»ndan və daha bir neçə bankdan 3 milyard dollar mənimsənilib.

Ötən il sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya getmişdi. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar