200 milyon dollar alıb boşanacaq
Boşanma prosesi əsla xoşagələn məsələ deyildir və bu zaman dağılan ailənin üzvləri, adətən, depressiyada olurlar. Xüsusilə də ərini itirən xanımlar. Lakin britaniyalı maliyyəçi və bankir Rocer Cenkinsin ailəsində boşanan və boşayanın əhvalı əladır.
AzərTAc xarici KİV-lərə istinadən xəbər verir ki, Rocer Cenkins arvadı, Bosniya-Hersoqovinadan olan Diana ilə boşanır. Boşanma təzminatı qismində Diana 200 milyon dollar alacaqdır.
Diana rəfiqələrindən birinə zəng vuraraq sevincək xəbər vermişdir ki, ərinin məşuqəsi var, boşanır.
420 milyon dollarlıq varidata malik Rocer Cenkins Britaniyanın ən varlı 500 iş adamından biridir. O, pullarını “Barclays Bank”ın vergilər departamentinin rəhbəri işləyərkən qazanmışdır.
Cenkins supermodel Elle Makfersonla tanış olandan sonra arvadını boşamaq qərarına gəlmişdir.
10 il əvvəl evlənmiş Robert və Diananın iki övladları var. Onlar dünyanın müxtəlif yerlərindəki əmlakı bölüşdürməklə məşğuldurlar.
37 yaşlı Diana iki övladı ilə birlikdə Santa-Monika Hillsdəki malikanədə yaşayır. Rocer Cenkinsin yeni villası da yaxınlıqdadır.
Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda doğulmuş Diana Britaniyaya mühacirət edəndə çox yoxsul gənc qız idi. Lakin o, universitetə daxil olmuş, oxumuş və sonra da Rocerlə evlənmişdir.
Azərtac

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15