ABŞ müdafiə naziri: "Əsəd öz tabutuna mismar vurur"
ABŞ müdafiə naziri Leon Panetta Yaxın Şərqə səfəri öncəsi Suriya ilə bağlı açıqlama verib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Panetta qeyd edib ki, Bəşər Əsəd Hələbdəki qətliamla öz tabutuna mismar vurur: “Atışmalar Əsəd rejiminin legitimliyinin qalmadığını göstərir. Baş verən hadisələr Suriya iqtidarının sonunun gəldiyindən xəbər verir”.
Qeyd edək ki, Hələbdə qanlı toqquşmalar davam edir. Hökumət qüvvələri havadan həyata keçirilən əməliyyat nəticəsində Səlahəddin səmtini ələ keçirdiyini açıqlasa da, müxalifət bu xəbəri təkzib edib.
Qeyd edək ki, Hələbdə qanlı toqquşmalar davam edir. Hökumət qüvvələri havadan həyata keçirilən əməliyyat nəticəsində Səlahəddin səmtini ələ keçirdiyini açıqlasa da, müxalifət bu xəbəri təkzib edib.
569