İran hakimiyyəti 9 yaşlı qızları ərə verməyə hazırlaşır
Lent.az-ın «Novosti-Armeniya»-ya istinadən məlumatında bildirilib ki, İslam Respublikası parlamentinin qızların nikah üçün yaş həddini 9 yaşa qədər azaldılması da haqda qərar qəbul edəcəyi gözlənilir.
Məclisin Hüquq Komitəsi buna dair təqdim olunmuş qanun layihəsində ziddiyyət aşkarladığından düzəldilməsi üçün onu təşəbbüskarlara qaytarıb.
Parlament üzvlərinin qənaətincə, məclisin fəaliyyəti şəriət normaları ilə ziddiyyət təşkil edir. Hazırda İran qanunlarına əsasən, 13 yaşlı qızlar ərə gedə bilər. Qanun layihəsinin təşəbbüskarları isə qızların 9 yaşında cinsi yetkinliyə çatdığını iddia edərək, ziddiyyətin də həmin məqamda olduğunu bildirirlər.
Məhəmmədəli İsfahani adlı mütəxəssis vəziyyət belə dəyərləndirib: «1979-cu il inqilabınadək İranda qızlar 16 yaşında ərə gedə bilərdi. Qızlarını bu yaşdan tez ərə vermək istəyənlər doğum haqqında şəhadətnamədə «düzəliş» etdirirdilər. O vaxtkı Ana Yasaya əsasən, yetkinlik həddi 18 yaş sayılırdı. İslam inqilabından sonra qızların cinsi yetkinliyinin 9, oğlanlarınkının isə 15 yaş olduğu müəyyən edildi».
Hüquq müdafiəçilərinin müşahidələrinə görə, 2011-ci ildə 10 yaşdan az 716 qız uşağı özündən xeyli yaşlı kişilərə zorla ərə verilib.
Sədrəddin Soltan

1808