Filippində yaraqlılarla toqquşma: 16 ölü
27 iyul 2012 19:18 (UTC +04:00)

Filippində yaraqlılarla toqquşma: 16 ölü

Filippinin cənubunda “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan “Əbu Səyyaf” yaraqlıları ilə əsgərlər arasında toqquşma baş verib. Lent.az-ın “Haber türk-ə” istinadən verdiyi məlumata görə, baş verən toqquşmada 16 nəfər ölüb.

Verilən rəsmi məlumatda deyilir ki, əsgərlərin dünən Sumisip qəsəbəsində “Əbu Səyyaf” düşərgəsinə qarşı keçirdikləri əməliyyatda 4 yaraqlı öldürülüb. Əməliyyat nəticəsində 8 əsgərin öldüyü də bildirilir .

Yaraqlıların əsgərlərə qurduğu pusqu nəticəsində isə 4 əsgər həyatını itirib. Toqquşmalar zamanı 12 nəfəri hərbiçi olmaqla ümumən 16 nəfər həyatını itirib.

Qeyd edək ki, “Əl-Qaidə”nin maliyyə yardımı alan “Əbu Səyyaf” qruplaşması ABŞ-ın terror təşkilatları siyahısında yer tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar