Ərdoğan Suriyanı bombalamaqla hədələdi
26 iyul 2012 18:16 (UTC +04:00)

Ərdoğan Suriyanı bombalamaqla hədələdi

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya hökumətini PKK terrorçularına havadarlıqda ittiham edib. Lent.az-ın “Əl-Ərəbiyə”yə istinadən məlumatına görə, Ərdoğan Bəşər Əsəd rejiminin ölkənin 5 şimal əyalətini kürdlərin terrorçu təşkilatına verdiyini açıqlayıb.

Baş nazir bununla hansı addım atacaqları sualını belə cavablandırıb: “İraqda indiyə kimi nə etmişiksə, nə ediriksə və nə edəcəyiksə, Suriyada da onu edəcəyik”.

İraqın şimalındakı PKK bazaları Türkiyə Silahlı Qüvvələrinin müntəzəm bombaları və artilleriya atəşinə məruz qalıb. Ərdoğanın sözlərinə görə, qonşu ölkənin vaxtaşırı bombalanması rəsmi Ankaranın aqressivliyindən yox, özünümüdafiə tədbirləri görməsinin gərəkliyindən qaynaqlanır.

Demək olar ki, bununla eyni vaxtda Suriyadakı kürd əsilli qiyamçılar PKK fəallarına qarşı mübarizədə Türkiyəyə öz köməklərini təklif ediblər. Onların fikrincə, terrorçuları Suriya prezidenti Bəşər Əsəd dəstəkləyir. Şimali Suriyada qiyamçıların liderlərindən biri Ubed Musa deyib: “Türkiyə bizə silah sarıdan kömək etsə, biz – həm kürdlər, həm də ərəblər təkcə rejimə deyil, PKK döyüşçüləri qarşısında dura bilərik”.

Musa vəd edib ki, belə kömək alsa, PKK-çıları Suriya ərazisindən qovacaq: “Biz əla bilirik ki, onlar harada məskunlaşıblar və hansı rayonları nəzarətdə saxlayırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar