Pakistanda növbəti partlayış: 4 ölü
26 iyul 2012 13:55 (UTC +04:00)

Pakistanda növbəti partlayış: 4 ölü

Pakistanda növbəti dəfə partlayış baş verib. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, partlayış ölkənin şimal-qərbində, Əfqanıstan sərhədi yaxınlığındakı Bacur bölgəsində törədilib. Bazarda bir bombanın partlaması nəticəsində 4 nəfər ölüb.

Verilən rəsmi açıqlamada qeyd olunur ki, bölgənin Salarzai qəsəbəsində təşkil edilən partlayış zamanı isə 11 nəfər yaralanıb. Qeyd edək ki, hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar