Medvedev əsl fotoqraf imiş
Rusiyanın keçmiş prezidenti, hazırkı baş naziri Dmitri Medvedev, sən demə, gözəl fotolar müəllifi imiş. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, keçmiş prezident və indiki baş nazirin çəkdiyi fotolar onun vəzifə kürsüsündə oturduğu bütün iqamətgahları bəzəyir.
Düzdür, Putin yenidən dövlət başçısı seçildikdən sonra Rusiya prezidentlərinin əyləşdiyi “Boçarov ruçey” iqamətgahından Medvedevin fotolarının yığışdırılması barədə göstəriş verib. Və fotolar çox uzağa yox, baş nazirin” Rivera” bağ evinə aparılıb.
Müşahidəçilərin dediyinə görə, fotoqrafiya Medvedevin ən sevimli məşğuliyyətidir. O, istər ölkə, istərsə də xaricə səfərlərində şəxsi fotoaparatı ilə çəkilişlər etməyi sevir.
“Mən ən çox insanları, insan mənzərələrini çəkməyi sevirəm. Amma bunu etmək çox çətindir. Mənim statusumda olan bir adamın qəfil kameranı kiməsə tərəf tuşlaması, təbii ki, birmənalı qarşılanmaz. İnsanlar məni, sadəcə, başa düşməzlər” - deyə bildirib.
Medvedevin dediyinə görə, şəkil çəkməyi hələ 35 il əvvəl Pionerlər Evində öyrənib. Və indiyədək minlərlə foto çəkib. Bir maraqlı fakt: onun çəkdiyi və üzərində imzası olan bir foto - Tobolsk şəhərindəki qüllənin fotosu - xeyriyyə marafonunda 51 milyon rubla (təxminən 1 milyon 600 min dollar) satılıb.
Səbuhi

573