Rusiyada “qanuni oğrular”ın yığıncağını dağıtdılar
26 iyul 2012 12:37 (UTC +04:00)

Rusiyada “qanuni oğrular”ın yığıncağını dağıtdılar

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində “qanuni oğrular”ın “sxodka”sında 18 nəfər kriminal avtoritet saxlanılıb. Lent.az-ın “Life News”-a istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında bir çox tanınmış kriminal simalar var. Onlar “sxodka”ya Vladimir və Smolensk vilayətlərində nüfuz dairəsinin bölüşdürülməsi ilə bağlı yığışıblarmış.

Saxlanılar arasında Georgi Sorokin (“Jora Taşkentski”), Aleksey Zabavin (“Zabava”), Vladimir Ozerski (“Zyuzya”), Yuri Lebedev (“Bolt”), Yuri Aksenov (“Aksen”) kimi “qanuni oğru”lar var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar