Qiyamçılar Hələbin yarısını əlinə keçirdilər
26 iyul 2012 12:28 (UTC +04:00)

Qiyamçılar Hələbin yarısını əlinə keçirdilər

Suriya Azadlıq Ordusu (SAO) 3 gün öncə hücuma keçdiyi Hələb şəhərinin yarısına nəzarəti ələ keçirib. Lent.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, bu barədə SAO-dan bildirilib.

Qiyamçılar çox optimist əhval-ruhiyyədədirlər və şəhəri tamamilə ələ keçirəcəklərinə əmindirlər. Onlar Hələbdə partizan üsulları ilə hərəkət edirlər. Bu isə Bəşər Əsəd rejimi əleyhdarlarına onun tərəfdarları üzərində üstünlük qazanmaq imkanı verir. Hələlik rəsmi Dəməşq qiyamçıların açıqlamasını şərh etməyib.

Qeyd edək ki, Hələb Suriyanın iqtisadi paytaxtı sayılır. Məhz bu səbəbdən, qiyamçılara onu ələ keçirmək strateji cəhətdən vacibdir. Bu halda Əsəd rejimi ciddi dəstəkdən məhrum olacaq və Dəməşqin ələ keçirilməsi üçün zəmin yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar