Türkiyə Suriya ilə sərhəd-keçid məntəqələrini bağladı
“Suriya ilə bütün sərhəd qapılarının bu gündən etibarən bağlanacaq”. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıçı çıxış edib. Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya yük maşınlarının keçidinə icazə verilməyəcək. Ancaq üçüncü ölkəyə keçid varsa, icazə veriləcək.
Qeyd edək ki, sərhəd qapılarının bağlanması Türkiyəyə keçən Suriya vətəndaşlarının vəziyyətinə təsir etməyəcək. Türkiyənin Suriya ilə 900 kilometrlik sərhədi boyunca 13 sərhəd qapısı var. Çilvəgözü (Hatay), Öncüpınar (Kilis) və Qarqamış (Qaziantep) qapıları əvvəlcədən də faktiki olaraq bağlıydı. Bu gündən sözügedən 3 qapı da bağlanıb.

650