İranda oruc nəzarəti
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, qanunlara əməl etməyərək gizli işləyən restoran və kafelər bağlanır, avtomobildə və çöldə yemək yeyənlər aşkarlanır.
İran Polis İdarəsinin rəisi Əhmədi Müqəddəm Ramazan ayında evdən kənarda yeyib-içən insanlar haqqında qanuna uyğun tədbirlər görüləcəyini söyləyib. O, şəhərdəki kafelərin yalnız iftardan sonra açıq ola biləcəyini deyib. Həmçinin, sərnişinlərə xidmət göstərən şəhərlərarası nəqliyyat vasitələrindəki kafelərdə isə içərini göstərməyən şüşələrdən istifadə edilməsinin şərt olduğunu bildirib.

625