15 PKK terrorçusu öldürüldü
25 iyul 2012 12:17 (UTC +04:00)

15 PKK terrorçusu öldürüldü

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, iki gün öncə Şəmdinlinin Rüzgarlı və Bağlar kəndləri arasında yolu kəsən terrorçular dünən axşam da yenə Şəmdinlidə yol kəsiblər.

Saxladıqları avtomobillərdəki insanların şəxsiyyət vəsiqələrini toplayıb, PKK terror təşkilatının təbliğatını aparan terrorçular pilotsuz təyyarə ilə aşkarlanıblar. Daha sonra hərbi vertolyotların dəstəyi ilə terrorçuları zərərsizləşdirmək üçün əməliyyat keçirilib. İki saat davam edən döyüş zamanı yol kəsən terrorçu qrupun 15 üzvü öldürülüb. Əməliyyat zamanı 3 əsgər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar