Hindistanda müsəlmanlarla qarşıdurma: 21 ölü
Hindistanın şimal-şərqindəki Aşsam əyalətində hindu Bodom icması ilə yerli müsəlmanlar arasında torpaq uğrunda qarşıdurma baş verib. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, baş verən toqquşmalarda ölənlərin sayı 21 nəfərə çatıb.
Əyalət polisindən verilən açıqlamada qeyd olunur ki, dünən gecə təxminən 80 evə atəş açılıb. Ev sahiblərinin əvvəlcədən çadır düşərgələrdə yerləşməsi səbəbindən xəsarət alan olmayıb: “Bölgədə baş verən qarşıdurmalar səbəbindən təxminən 50 min kəndli hökumətin qurduğu düşərgələrə qaçıb”.
Qeyd edək ki, Bodom icması ilə əksəriyyəti Bengal müsəlmanı olan yerli əhali arasında uzun müddətdir torpaq uğrunda mübarizə gedir. Hər iki qrup 1990-cı ildən bu yana müəyyən fasilələrlə bir-birlərinin evlərini və mülklərini yandıraraq, qarşıdurmalar yaradıblar.

527