Tehranın «toyuq əti» problemi
24 iyul 2012 18:02 (UTC +04:00)

Tehranın «toyuq əti» problemi

Atom-nüvə proqramında şəffaflığı təmin etmədiyi üçün İrana tətbiq edilən iqtisadi sanksiyalar bütün sahələrə təsir göstərməkdədir. Lent.az-ın «MIGnews»- a istinadən məlumatına görə, ötən gün ölkənin Nişapur şəhərinin sakinləri toyuq ətinin birdən bahalaşmasına etiraz olaraq küçələrə çıxıb.


Yerli «İSNA» xəbər agentliyi nümayişçilərin İran prezidenti Mahmud Əhmədinejadı «təsərrüfatsızlıq»da suçladıqlarına dair xəbər yayıb.


Bundan başqa, ölkə vətəndaşları elektrik enerjisinin fasilələrlə verilməsi, milli valyutanın ucuzlaşması, sosial yardımların azalması ilə bağlı rahatsızlıqlarını da bildiriblər. Rəsmi məlumatlara əsasən, Nişapur şəhərinin əhalisi 270 min nəfərdir. Şəhərin baş meydanına minlərlə etirazçının yığıldığı haqda məlumat yayılıb. Onlara qarşı güc tətbiqi və ya etirazçıların həbsi ilə bağlı hələ ki məlumat yoxdur.


Yerli mənbələrin bildirdiyinə əsasən, son aylarda toyuq əti iki dəfə bahalaşıb. Buna görə də hökumət güzəştli qiymətə toyuq satmaq kampaniyasına başlayıb. Hər gün saat 07.00-17.00 arasında 1700 ton toyuğun biri yeni, «normal» sayılan qiymətə 80 000 min riala, yaxud 6,7 dollara satılır. Başqa vaxtlarda isə toyuq bundan da bahadır.


Belə hal uzun növbələrin yaranmasına səbəb olub. Növbəni isə insanlar bir neçə gün öncə yazılmaqla tutur. Bu zaman «güzəştli» toyuğu iki günə almaq olur. Növbələr zamanı xoşagəlməz olaylarda baş verir. İran müxaliflərinin məlumatına əsasən, Tehranın cənubunda, paytaxtın yoxsullar yaşayan bölgəsində belə toyuq növbəsində duran bir qadın ölüb, iki nəfər isə yaralanıb.


Toyuq əti ölkə boyu bahalaşıb. Nişapurdakı etiraz yürüşü bu bahalaşmaya qarşı aksiyalardan biridir.

Yayılan məlumatlara əsasən, Təbriz həbsxanasında məhbusların yeməyindən də toyuq əti çıxarılıb, yerinə mərci və soya daxil edilib.


Onu da qeyd edək ki, indi orucluqdur. Ölkədəki bütün sosial təbəqə, özəlliklə yoxsullar toyuq ətindən daha çox istifadə edir. Məhbuslara is oruc tutmaq məcburi olduğundan onların yeməyindən toyuq ətinin çıxarılmasının müəyyən çətinlik yaradacağını deyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar