Tacikistanda qanlı əməliyyat
24 iyul 2012 17:56 (UTC +04:00)

Tacikistanda qanlı əməliyyat

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində keçirilən xüsusi əməliyyat zamanı 100 hərbçi və o qədər də dinc sakin həyatını itirib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ölkənin cənub-şərqində silahlılarla döyüş bu gün səhər saatlarında başlayıb.

Əməliyyat zamanı hədəf Milli Təhlükəsizlik Dövlət Komitəsinin vilayət İdarəsinin rəhbəri, general-mayor Abdulla Nəzərovun ölümündə şübhəli sayılan silahlı qrup olub. İyulun 21-də Abdulla Nəzərovun avtomobili naməlum şəxslər tərəfindən saxlanılıb, general çölə çıxarılaraq bıçaqlanıb. Abdulla Nəzərov xəstəxanaya aparılarkən yolda ölüb.

Abdulla Nəzərovun öldürülməsində keçmiş səhra komandiri, hazırda İşkaşim sərhəd dəstəsinin rəis müavini Tolib Ayembekova yaxın insanlar günahlandırılır. Tacikistan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin yaydığı məlumata görə, Tolib Ayembekovla qatilləri təhvil verilməsi ilə bağlı danışıqlar aparılsa da, bu, nəticə verməyib. “Radio Ozodi” radiosu Tolib Ayembokovun Əfqanıstana qaçdığı barədə məlumat yayıb. Tolib Ayembokovun oğullarından birinin xüsusi əməliyyat zamanı öldürüldüyü də bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar