Misirə baş nazir təyin edildi
24 iyul 2012 17:33 (UTC +04:00)

Misirə baş nazir təyin edildi

Misir prezidenti Məhəmməd Mursi sabiq su resursları və irriqasiya naziri Xişam Kandili baş nazir təyin edib və ona hökuməti formalaşdırmağı tapşırıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Mursi deyib ki, Misir Nazirlər Kabinetinin yeni rəhbəri müstəqil siyasi fiqur olacaq.

Qeyd edək ki, Müsəlman Qardaşları Hərəkatının namizədi Məhəmməd Mursi 16-17 iyul tarixlərində keçirilən prezident seçkilərinin ikinci turunda sabiq baş nazir Əhməd Şəfiqi üstələyərək prezident seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar