Nigeriyada sel fəlakəti: 35 ölü
24 iyul 2012 11:17 (UTC +04:00)

Nigeriyada sel fəlakəti: 35 ölü

Nigeriyada baş verən şiddətli yağışlar nəticəsində sel daşqınları əmələ gəlib. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, sel fəlakəti nəticəsində ən azı 35 nəfər ölüb.

Jos-Plateau əyalətinin Qızıl Xaç Komitəsinin rəhbəri Mnasseh Pampe bildirib ki, çoxlu sayda Jos şəhər sakini itkin düşüb: “Biz ölü sayının artacağından ehtiyat edirik. Bölgədə xüsusilə palçıqdan hazırlanan evlər olmaqla çox sayda ev dağılıb, 200 adam isə bölgəni tərk edib”.

Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çox sayda sel meydana gəlir və bu yağışlar ən çox infrastrukturun normal olmadığı bölgələrə ziyan vurur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar