İraq hökumətindən Bəşər Əsədə dəstək
İraq hökuməti Ərəb Birliyinin Suriya lideri Bəşər Əsədin istefaya çağıran qərarına qarşı olduğunu bildirib. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, İraq hökumətinin sözçüsü Əli Debbağ dövlət televiziyasına verdiyi müsahibəsində qeyd edib ki, İraq hökuməti olaraq B. Əsədin istefasını özündə əks edən qərara etiraz edirlər: “Bu qərarı ancaq Suriya xalqı verə bilər”.
548