İlk astronavt qadın öldü
24 iyul 2012 10:19 (UTC +04:00)

İlk astronavt qadın öldü

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Salli Rayd son illər mədəaltı vəzi xərçəngindən əziyyət çəkib.

ABŞ prezidenti Barak Obama Salli Raydın milli qəhrəman olduğunu söyləyib.

Qeyd edək ki, Salli Rayd 26 may 1951-ci ildə Kaliforniyada anadan olub, Stenford Universitetini bitirib. İxtisasca fizik olan Salli Rayd 1977-ci ildə NASA-nın proqramına qoşulub. O, 1983 və 1986-cı illərdə iki dəfə kosmik missiyada iştirak edib, kosmosda 350 saat olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar