Əsəd Suriyanın iqtisadi paytaxtına nəzarəti itirir
24 iyul 2012 10:00 (UTC +04:00)

Əsəd Suriyanın iqtisadi paytaxtına nəzarəti itirir

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 23-də müxalif Suriya Azadlıq Ordusu ölkənin ikinci böyük şəhəri olan Hələbin mərkəzində bir neçə məhəlləyə nəzarəti ələ keçirib. Suriya Azadlıq Ordusunun rəhbəri. Polkovnik Abdel Cabbar əl-Okeydi deyib ki, müxaliflər Suriyanın iqtisadi paytaxtı olan bu şəhəri azad etmək üçün əməliyyata başlayıblar.
Şəhərin Səlahəddin, Şaar, Masakin-Xannanu, Tarix-əl-Bab və Şeyx Naccar rayonlarında döyüşlər gedir. Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri müxalifləri bu rayonlardan sıxışdırıb çıxarmağa çalışır. Ordu döyüşlərdə tank və vertolyotlardan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar