Misirdə ehramların sökülməsi təklif edildi...
23 iyul 2012 19:00 (UTC +04:00)

Misirdə ehramların sökülməsi təklif edildi...

Misirdə inqilab dövründə ortaya çıxan müsəlman Vahid Birlik Partiyasının sədri Abdel Lətif əl-Mahmud ölkənin yeni seçilmiş prezidenti Məhəmməd Mürsiyə müraciət edib.

Lent.az-ın “Vesti FM” radiosuna istinadən verdiyi məlumata görə, Abdel Lətif əl-Mahmud Misir prezidentindən ölkədəki bütün ehramların “büdpərəstlik mədəniyyətinə məxsus lazımsız abidələr” olduğu üçün sökülməsini təklif edib.

Qeyd edək ki, bir çox radikal müsəlmanlar əvvəllər də bəyan ediblər ki, YUNESKO-nun siyahısında yer alan bu qədim ehramlar bütpərəst abidələridir və xarici turistləri cəlb edir. Onlara görə, turistlər də ölkəyə yad mədəniyyət və etiqad gətirdikləri üçün bu abidələri məhv etmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar