Arvadları kişini zorlayıb... öldürdülər
23 iyul 2012 19:27 (UTC +04:00)

Arvadları kişini zorlayıb... öldürdülər

Nigeriyada inanılmaz olay yaşanıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, varlı olduğu üçün 6 qadınla evlənən Uroko Onoja ötən gün Bunue əyalətindəki evində ölü tapılıb.

Uroko Onojanın sonuncu, ən gənc arvadı bildirib ki, o, arvadlarının cinsi təcavüzünə məruz qaldığı üçün ölüb. Başqa sözlə, olay baş verən gün Uroko Onoja evə gəlib və öz otağına keçib. Bunu görən digər 5 arvadı bıçaq və dəyənəklərlə otağa hücum çəkib, onların hər biri ilə ayrı-ayrılıqda cinsi əlaqədə olmağı tələb ediblər. Uroko Onoja arvadları ilə cinsi əlaqədə olmağa başlayıb. Sıra beşinci arvada gələn zaman Uroko Onojanın nəfəsi kəsilib. Həmin beş qadın Uroko Onojanın nəfəsi kəsildiyini görüb, gülərək çölə çıxıblar. Ancaq sonradan onun öldüyünü anlayıb, meşəyə qaçıblar.

Polis Uroko Onojanın gənc arvadının ifadəsi əsasında ərlərinin ölümünə səbəb olan beş qadından ikisini yaxalayıb, digər üç qadın isə axtarılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar