Dünyanın ən bahalı şirkətlərinin lideri dəyişdi
23 iyul 2012 19:13 (UTC +04:00)

Dünyanın ən bahalı şirkətlərinin lideri dəyişdi

Lent.az-ın “The Financial Times” nəşrinə istinadən verdiyi məlumata görə, “Apple” şirkəti bu dəfə uzun illər siyahının ilk pilləsində qərarlaşmış “ExxonMobil” neft-qaz şirkətini ötüb.

“iPhone” və “iPad” istehsalçısının bazar qiyməti 559 milyard dollar, “ExxonMobil” şirkətinin qiyməti 408,8 milyard dollar olub. Bununla da neft-qaz şirkəti siyahının ikinci pilləsinə düşüb. Üçüncü yerdə 278,97 milyard dollarla Çinin “Petrochina” şirkəti qərarlaşıb. 2011-ci ildə “Apple” şirkəti ikinci, Petrochina şirkəti ikinci yerdə olub.

Bu dəfə Rusiya şirkətlərinin 10-u dünyanın ən bahalı 500 şirkətinin siyahısına düşüb. Ən yüksək göstərici “Qazprom” şirkətinə məxsusdur. Ancaq 145,76 milyard dollar dəyəri olan “Qazprom” şirkəti keçən illə müqayisədə geriləyib, 15-ci yerdən 31-ci yerə enib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar