SSRİ-nin qənimi olan «Pəncşir aslanı»nın müəmmalı ölümü – ARAŞDIRMA -
2001-ci il sentyabrın 9-da jurnalist hesab edərək müsahibə verdiyi iki kamikadzenin özlərini partlatması nəticəsində Məsud və bir neçə komandir həlak olub. Bu olayın 11 sentyabr hadisələrindən əvvələ təsadüf etməsi ilə bağlı hələ də müxtəlif versiyalar irəli sürülməkdədir.
Reallıq isə ondan ibarət idi ki, Əhməd Şah Məsud Şimal Alyansının rəhbəri olaraq radikal islamçılar olan Taliban - «Əl-Qaidə» birliyinə qarşı mübarizə aparıb. O, ötən əsrin 90-cı illərində Avropa Birliyi tərəfindən dəstəklənən yeganə əfqan hərbi-siyasi xadim idi.
Şah Məsud kimdir?
İnternetdə Əhməd Şah Məsud belə tanıdılır: Qərb dünyasının romantik bir döyüşçü kimi tanıdığı əfqan səhra komandiri. Məsud 1979-1989-cu illərdə Sovet işğalına göstərdiyi müqavimətlə adını dünyaya tanıdıb. Paytaxt Kabilin yaxınlığındakı bu strateji bölgəni qorumasına görə ona «Pəncşir Aslanı» («Şir-e-Pəncşir») ləqəbi verilib.
1953-cü il sentyabrın 1-də Pəncşir Vadisində tacik əsilli ailədə anadan olmuş Məsudun atası Əfqanıstan kralı Zahir Şahın ordusunda polkovnik rütbəsini daşıyıb. Uşaqlığı Kabildə keçən Məsud burada «İstiqlal» adlı fransız məktəbində təhsil alaraq, Kabil Texniki Universitetinin memarlıq fakültəsinə daxil olub. Lakin universiteti bitirə bilməyən Məsud 1970-ci illərdə professor Bürhanəddin Rəbbaninin formalaşdırmaqda olduğu islam hərəkatına qoşulub. İslam hərəkatının öncülləri sırasına qatılan Məsud kralın təzyiqləri nəticəsində 1974-cü ildə Pakistana mühacirət edib. Bir il sonra təkrar vətəninə dönən Məsud Pəncşir vadisindəki Roka bölgəsini ələ keçirməyə nail olub. Lakin ordunun müdaxiləsi nəticəsində təkrar Pakistana qaçıb.
Məsudun səhra komandiri kimi formalaşması SSRİ-nin Əfqanıstanı işğal etdiyi 1979-cu ildən başlayır. Həmin vaxt Konar bölgəsində əhalini kommunistlərə qarşı silahlandıran Əhməd Şah Məsud Sovet ordusuna qarşı əldə etdiyi nailiyyətlərlə bütün Əfqanıstana səs salır. Həmin dövrdə Əfqanıstanda mücahidlərlə işləyən qərb hərbçiləri Məsudu «Bacarıqlı strateq» və «Hindquş Napolyonu» adlandırıb.
Sovet ordusu Əfqanıstanı tərk edəndən sonra Məsud Nəcibulla hökumətinə qarşı silahlı mübarizəsini davam etdirir. 1992-ci ildə özbək general Rəşid Dustumla anlaşaraq Kabili ələ keçirir. Nəcibulla hakimiyyəti devriləndə Məsud Kabilə daxil olan mücahid tanklarının birinin üzərində gəlib. Bundan sonra ölkədə Bürhanəddin Rəbbaninin başçılıq etdiyi yeni hakimiyyət qurulur. «Hezbi-İslami» partiyasının rəhbəri Gülbəddin Hikmətyar baş nazir, Məsud isə müdafiə naziri təyin edilir. Lakin hakimiyyətdaxili mübarizə Qəndəhar bölgəsində yaranmış Taliban hərəkatını gücləndirir. Talibana qarşı ən böyük müqaviməti təşkil edən Məsudun ordusu 1994-cü ildən 1996-cı ilədək Kabili müdafiə etməyə nail olub. 1996-cı ildə Taliban hakimiyyəti ələ keçirəndə Şah Məsud Rəbbani və əfqan ordusunun sadiq hissələrini götürərək dağlara çəkilib və Şimal Alyansını qurub. Tacik, özbək və xazarların dəstəyi ilə Talibanın şimala doğru irəliləməsinin qarşısını alıb.
Xarici KİV-lərin xəbərlərinə və diplomatların qeydlərində Məsudun Şimal Alyansına rəhbərliyinə dair bir sıra maraqlı məqamlar yer alıb. Məlumatlarda qeyd olunur ki, Əfqanıstanda at oynadan narkotik tacirləri Şimal Alyansının nəzarət etdiyi bölgəyə girməkdən çəkinib. O eyni zamanda təhsil və əfqan gənclərin peşə sahibi olması, texnologiyaları mənimsəməsi üçün fəaliyyət göstərib.
2000-ci ildə Əfqanıstan prezidentinin köməkçisi kimi Strasburqa dəvət edilən Şah Məsud burada Fransanın o vaxtkı xarici işlər naziri Hubert Vedrine, Fransa parlamentinin sədri Raymond Forni və Senatın sədri Kristian Poncelet, Avropa Parlamentinin prezident Nikol Fontaine kimi şəxslər tərəfindən qəbul edilib. Avropa Birliyindən iqtisadi, siyasi və hərbi dəstək alan Məsuda Rusiya da hərbi yardımlar göstərməyə başlayıb.
Azərbaycanlı zabitlər: Məsud mərd və bacarıqlı komandir idi
Əfqanıstanın sovet işğalında olduğu dövrdə bu ölkədən material hazırlayan fransız qəzetlərindən biri Məsudu «Hindiquş dağlarına bağlı komandir» adlandırıb. Yerli ərazini, relyefi, ən başlıcası isə bölgədə dağların altı ilə yüz kilometrlərlə məsafədə uzanan təbii tunellərə bələd olan Məsudun qüvvələri kiçik bölgəni 1989-cu ilədək Sovet ordusu üçün «başağrısına» çevirib. Sovet ordusunun on il boyunca 80 kilometr uzunluğundakı və hər iki tərəfi dağlarla əhatələnmiş Pəncşir vadisinə girmək cəhdləri nəticəsiz qalıb. Statistik məlumatlara görə, SSRİ-nin Əfqanıstandakı itkilərinin (15 min) 60 faizi məhz Pəncşir bölgəsində olub.
Əhməd Şah Məsudun komandanlığı altındakı mücahidlər 1984-cü il aprelin 30-da Pəncşir vadisində sovet ordusunun 682-ci motoatıcı alayının 1 taborunu mühasirəyə salaraq, tam şəkildə məhv edib. Bu, əfqanların 6 illik müharibədə sovet ordusu üzərində ən böyük qələbəsi idi. Əfqanlar 1985-ci ilin aprel ayında Sovet ordusunun Maravardakı bölüyünü də tam şəkildə məhv etməyə nail olurlar.
1985-ci ilin iyun ayında Sovet qoşunlarının Əfqanıstan hökumətinin komandanlığı altında olan hərbi birliklərlə birgə Pəncşirdə keçirdiyi əməliyyat da uğursuzluqla nəticələnib. Əməliyyat coğrafiyasını genişləndirən Əhməd Şah Məsudun qüvvələri 1986-cı ildə Əfqanıstan hökumət qoşunlarının Fərəhdəki bazasını ələ keçirib.
Pəncşir bölgəsində Sovet ordusunun zabiti kimi döyüşlərdə iştirak etmiş Xudayar Əliyevin sözlərinə görə, Məsudun qüvvələri digər mücahid qruplarından fərqli olaraq daha yaxşı təşkilatlanmış və taktiki cəhətdən hazırlıqlı olub. Bu səbəbdən də Pəncşirə göndərilən sovet zabitləri əmri aldıqda ölümə getdiklərini söyləyib ailələri ilə vidalaşırmışlar.
«Bizim orada olduğumuz 1985-ci ildə onlarla tankımızı, BMP, BTR, «Ural» maşının, yüzlərlə əsgərimizi mücahidlər məhv etmişdilər. Hətta bir sovet generalı da Məsud qüvvələri tərəfindən mühasirəyə salınaraq öldürüldü. Ümumiyyətlə əfqanların dağlarda döyüş taktikası çox maraqlı və öyrənilməliidir» - deyə, keçmiş zabit bildirib.
X. Əliyevin sözlərinə görə, Məsud mərd, bacarıqlı və olmaqla yanaşı, digər silahdaşlarından daha humanist olması ilə fərqlənib. Xüsusilə də Sovet ordusundan əsir düşmüş müsəlman əsgərlərə əziyyət verilməyib. Onların çoxunun geri qayıtmasına şərait yaradılıb: «Orada eşitmişdim ki, Məsudun adamlarının əsir götürdüyü 4 rus zabiti də müsəlmanlığı qəbul edib. Onlar geri qayıtmaqdan imtina edərək sonradan Pakistana keçiblər».
Pəncşirdə döyüşmüş, sonradan Azərbaycan ordusunda hərbi hissə komandiri vəzifəsinədək yüksəlmiş Çingiz Əliyev isə döyüşlərin birində bilməyərəkdən Məsudun qardaşını və onun ailəsini xilas edib. Ç. Əliyev deyir ki, onun bölüyü bombardmandan sonra daxil olduğu aulda dərəyə yuvarlanmış «Niva» ilə qarşılaşıb. Avtomobilin sərnişinləri sağ olsa da, qapılar əzildiyindən açıb çıxa bilmirmişlər. Avtomobildə sürücüdən əlavə bir orta yaşlı kişi, hamilə qadın və uşaq olub. Ruslar onları güllələmək istəsələr də Ç. Əliyev buna icazə verməyib. Komandirin göstərişi ilə «Niva»nı BTR-ə qoşaraq dərədən çıxardır, qapıları qıraraq sərnişinləri xilas edirlər. Özünü itirmiş əfqan ailə başçısı «qara millət»dən olan komandirə təşəkkür etməyi də unudur. Hadisədən bir neçə gün sonra aulun ağsaqqalı bir sürü qoyunu qarşısına qataraq bölüyə gəlir. Ç. Əliyevə «bunu sənə xilas etdiyin şəxs göndərib» deyir. Sonra isə izah edir ki, onun xilas etdiyi şəxs Əhməd Şah Məsudun «sağ əli» sayılan qardaşı və qardaşının əyalı (ailəsi) olub.
Qeyd edək ki, Əhməd Şah Məsud müdafiə naziri olduğu dövrdə Ermənistanla müharibə aparan Azərbaycana da kömək təklif edib. Əfqanıstanda nisbi sakitliyin hökm sürdüyü qısamüddətli dövrdə Məsud rəsmi Bakının nümayəndələrinə gərəkirsə Qarabağda döyüşməyə əsgər göndərə biləcəklərini söyləyib.
Müəmmalı ölüm
Məsud dağlarda döyüşlər apardığı vaxtlarında ən çox diqqəti mətbuatla əlaqələrə yetirib. «Jurnalistlər olmazsa nə biz mübarizəmizi dünyaya çatdıra, nə də gücümüzü düşmənə göstərə biləcəyik» deyən səhra komandiri 1979-cu ildən ölümünə qədər kimliyindən, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq mətbuata açıq olub. Məsudla dəfələrlə müsahibələr aparmış, görüşmüş jurnalistlər sonralar xatirələrində dağlarda böyümüş, geri qalmış bir ölkə vətəndaşının media ilə əlaqələrə həddən artıq önəm verməsinə mat qaldıqlarını bildiriblər.
Əhməd Şah Məsudla görüşənlər sırasında əslən Cənubi Azərbaycandan olan fotoqraf Reza Dehqəti də olub. Fotoqraf Dehqəti Məsudun ölümündən 8 il sonra – 2009-cu ildə İstanbulda Əfqanıstan fotoları sərgisini açıb. Sərginin əsas fotosu isə Məsudun Pəncşirdə rusların qoyub qaçdığı 23 tankın arasındakı şəkli idi.
Əhməd Şah Məsudun ölümü də elə mediaya həddən ziyadə sevgisindən olub. Əfqan komandir 9 sentyabr 2001-ci ildə Pəncşir vadisindəki Hoca Bahəddin kəndində ondan müsahibə götürmək istəyən Belçika pasportlu və Mərakeş əsilli iki nəfərin törətdiyi partlayış nəticəsində həlak olub.
Məsudun generallarından Əbdülvahhab Cüyəndə Türkiyənin «Milliyyət» qəzetinə müsahibəsində hadisəni belə təsvir edib: «Mərakeş əsilli iki jurnalist müsahibə üçün gəlmişdi. Biz gələndə əsgərlər dedilər ki, jurnalistlər 5 gündür gözləyirlər. Əslində Məsudun iş proqramı çox gərgin idi. Jurnalistlərə ayırmağa vaxtı yoxdu. Ona məlumat verildi. Dedi ki, «gəliblərsı görüşüm, əlləri boş getməsinlər». Jurnalistlər içəri girdilər. Az keçməmiş partlayış baş verdi. Əvvəlcə bir şey başa düşmədim. Çünki onları yoxlamışdıq, təmiz çıxmışdılar. Partlayış zamanı jurnalistlərdən biri ölmüş, digəri yaralanmışdı. Yaralını da mühafizəçilər güllələdilər. Yaralı Məsudu helikopterlə Düşənbəyə götürsək də yolda rəhmətə getdi».
General Məsudun ölümündə xarici qüvvələrin əli olduğunu düşündüyünü də deyib: «Bunu Əfqanıstanın işğalını kim istəyirdisə onlar etdi. Məsud sağ olduğu müddətdə ortalıqda xaricilər dolaşmazdılar. Onun ölümündən 2 gün sonra isə 11 sentyabr hadisələri yaşandı».
Əfqanıstanın keçmiş prezidenti B. Rəbbani də Türkiyənin «Yeni Şafak» qəzetinə müsahibəsində Əhməd Şah Məsudun ölümündə ABŞ-ın əlinin olmasını düşündüyünü söyləyib: «Məsudu kim öldürdü və nədən? Qatillərin kim olduğu bilinir. Onların bəzi Avropa ölkələrində olduqları açıqlandı. Onları kəşfiyyat xidmətləri istifadə etdi. Bu Pakistandakı bəzi tərəflərə bağlı şəxslər tərəfindən də ola bilər. Hadisənin 11 sentyabr olayından 2 gün əvvəl baş verməsi ilə ağıla bir çox şeylər gəlir. ABŞ-ın rolu varmı bu sui-qəsddə? O dönəmdə Əfqanıstandakı müqaviməti sonlandırmaq üçün bir neçə missiya göndərmişdi. Bu sui-qəsdin səbəblərindən ola bilər. Çünki Məsud müqavimətin baş komandanı idi. Amerikalılara görə onun ortadan götürülməsi hər şeyi bitirə bilərdi».
Rəşad Süleymanov

1953