“Hillari Klinton Dünya Bankının prezidenti olmaq istəmir”
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Filipp Rayns Reuters agentliyinin dövlət katibi Hillari Klintonun gələn il postunu tərk edəcəyi və Dünya Bankına rəhbərlik edəcəyi barədə xəbəri təkzib edib.
Lent.az-ın “Waşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, Filipp Rayns deyib ki, bu, tamamilə yalandır. Filipp Rayns bildirib ki, Hillari Klinton Dünya Bankının prezidenti postuna keçmək üçün nə Barak Obama, nə Ağ Ev, nə də başqaları ilə danışıqlar aparır. Onun sözlərinə görə, Hillari Klintonun Dünya Bankının prezidenti olmağa marağı yoxdur: “Hətta Hillari Klintona Dünya Bankının prezidenti olmaq təklif edilsə də, bundan imtina edər”.

483