Türkiyəli professordan sərsəm açıqlama
16 fevral 2011 19:41 (UTC +04:00)

Türkiyəli professordan sərsəm açıqlama

Türkiyənin Səlcuq Universitetinin İlahiyyat fakültəsinin professoru Orxan Çəkər hakim partiyanın deputatları tərəfindən parlamentə təqdim olunan, uşaqları və yetkinlik yaşına çatmayanları zorlayan kişilərin xədim edilməsini nəzərdə tutan qanun layihəsinə münasibət bildirib.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, professor hər ölkədə olduğu kimi Türkiyədə də təcavüzçülərin olduğunu söyləyib və məsələnin çözümü üçün onun əsl səbəbinin üzə çıxarılmasını zəruri sayıb.

Orxan Çəkər deyib ki, problemin mərkəzində qadın durur: “Bacımsan, əgər açıq-saçıq, dekolte geyinirsənsə, hər cür çirkinliklə qarşılaşmağın sürpriz olmayacaq. Təhrik etdikdən sonra nəticəsindən şikayət etmək məntiqli deyil. Sözlərim bu məsələdə cinayət törədənləri müdafiə etmək kimi anlaşılmasın. Əlbəttə, bu cinayət də çox iyrəncdir. Lakin bu cinayətin törədilməsində dekolte və təhrik edici açıq-saçıq paltar geyinən qadının da təsiri böyükdür. Başqa sözlə, kişi günahkardır. Amma qadının da günahı nəzərə alınmazsa, məsələnin həlli istiqamətində yanlış addım atarıq. Bu olayda hər iki tərəf günahkardır”.


Professor məsələnin həlli üçün cəmiyyətin dini baxımdan maarifləndirilməsini gərəkli hesab edir: “Daha sonra bu cür cinayətləri təbliğ edən yayımlara qadağa qoyulmalıdır. Teleseriallarda təcavüz səhnələri dəqiqələrlə göstərildiyi, ictimai əxlaqın yox edildiyi durumlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar