Tibb bacısının meyiti 30 il morqda qalıb
28 oktyabr 2009 12:30 (UTC +04:00)

Tibb bacısının meyiti 30 il morqda qalıb

Sevgilisiylə sevişərkən eyvandan yıxılan Helenin cəsədinin artıq dəfn edilməsinə qərar verilib

1979-cu ilin mayında 23 yaşında olarkən Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir mənzilin eyvanından yıxılaraq həyatını itirən Helen Smitin cəsədi 30 il morqda qalıb.
Lent.az-ın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının polisi Helen Smit və hollandiyalı sevgilisi Cohannes Ottenin sevişərkən eyvandan yıxıldıqları qənaətinə gəlib.
Ancaq Helenin polis olan atası Ron baş verən olayın cinayət olduğunu iddia edib və illər əzində cinayət işinin açılmasına səy göstərib. O, qızının ölümündə siyasətçilərin, yüksək səviyyəli dövlət rəsmilərinin və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğunu iddia edib və hətta Böyük Broitaniyanın sabiq baş naziri Toni Bleyerə məktub da yazıb. Ancaq bu səylər nəticəsiz qalıb. Məhz bu durum Helenin cəsədinin 30 il morqda qalmasına səbəb olub.
Helenin cəsədi nəhayət, gələn ay, noyabrın 9-da dəfn olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar