İsveçrə kilsəsi homoseksuallar arasında nikaha icazə verdi
23 oktyabr 2009 10:00 (UTC +04:00)

İsveçrə kilsəsi homoseksuallar arasında nikaha icazə verdi

İsveçrə kilsəsi dünənki qərarı ilə tarixə düşdü.

Lent.az-ın “nouvelobs.com” saytına istinadən verdiyi xəbərə görə, kilsə tarixdə ilk dəfə olaraq din xadimlərinin homoseksuallara kəbin kəsməsinə icazə verib.

İsveçrə hökuməti homoseksualların rəsmi nikahına 1 may 2009-cu ildə icazə vermişdi. Bunun ardınca, kilsə də homoseksualların yolunu açaraq, 22 oktyabr tarixli qərarı ilə dövlətin qərarını dəstəklədi. Müqəddəs Sinodun 250 üzvünün 70 faizi qərarın lehinə səs verib. Qərar 1 noyabr tarixdən qüvvəyə minəcək. May ayında parlamentdəki müzakirələri təqdir edən Kilsə, qərar vermək hüququnu sinoda həvalə etmişdi. İsveçrədə kilsə dövlətdən 2000-ci ildə ayrılıb.

Beləliklə, İsveçrə homoseksualların həm dini, həm də dövlət nikahına icazə verilən ilk dövlət oldu. Homoseksualların hüquqlarını müdafiə edən yerli RFSL təşkilatı da, dünənki bəyanatı ilə həm dövlətin, həm də kilsənin qərarlarını təqdir edib. Bəyanatda bildirilir ki, “homoseksuallar və biseksuallar, nəhayət, bu ölkədə özlərini bir qədər rahat hiss edə biləcəklər”.

Təşkilat bəzi din xadimlərinin homoseksuallara kəbin kəsməkdən imtina etməsini pisləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar