Çeçenistan parlamentinə hücum edən terrorçular öldürülüb
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə güc strukturlarındakı mənbə bildirib.
İlkin məlumata görə, terrorçuların hamısı zərərsizləşdirilib. Terror aktı nəticəsində ölənlərin dəqiq sayı isə bilinmir. Bəzi məlumatlarda terrorçuların 4 nəfəri, digər məlumatlarda isə 3 nəfəri qətlə yetirdikləri vurğulanır.
“İnterfaks” agentliyi isə əməliyyatın başa çatmadığını, amma başa çatmaq ərəfəsində olduğunu xəbər verir. Binada ən azı 1 nəfər sağ terrorçunun qaldığı istisna edilmir. Terrorçuların ələ keçirdikləri girovların sayı və onların taleyi barədə heç bir məlumat yoxdur.
Xatırladaq ki, parlamentin ərazisində terror aktı bu gün səhər həyata keçirilib. Maşınla parlamentin binasına girən terrorçulardan biri üzərinə bağladığı şəhid kəmərini işə salaraq özünü partladıb. Digər terrorçular binaya girərək insanları girov götürüblər. Atışma parlamentin spikeri Dukuvaha Abdurrahmanovun kabinetinin yaxınlığında olub. Spiker sağ qalıb və dərhal mühafizəçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.
Hadisə yeri xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb. Çeçenistan lideri Ramzan Kadırov da şəxsən parlament binasının yanına gedib.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09