Putin nazirlərə siqaret çəkməyi yasaqladı
Rusiyanın baş naziri Vladimir Putin nazirlərə siqaretlə bağlı ultimatumu verib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vladimir Putin Nazirlər Kabinetinin toplantısında səhiyyə nazirinin ölkədə 43 milyon nəfərin, yəni 3 nəfərdən birinin siqaret çəkdiyini açıqlamasından sonra nazirlərdən neçəsinin bu sırada olduğunu soruşub.
Aldığı cavabdan narazı qalan Vladimir Putin Nazirlər Kabinetinin üzvlərinə “xalqa nümunə olmaq üçün siqareti buraxacaqsınız” deyərək ultimatum verib.
Qeyd edək ki, Rusiyada hökumətin qəbul etdiyi dumansız hava planı 2012-ci ilə qədər mərhələli olaraq bütün siqaret reklamlarının qadağan olunmasını nəzərdə tutur. Yeni proqrama görə, ölkədə siqaretə tətbiq olunan vergilər də ən azı 10 dəfə artırılacaq. Qərb markalı bir siqaret paketi rusiyalı istehlakçıya 2 dollara satılır. Bu, İngiltərədəki qiymətin dörddə biri qədərdir.
Son məlumatlara görə, Rusiyada siqaretə ildə 13 milyard 300 milyon dollar xərclənir. Hər il 500 min nəfər siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişir.

Oxşar yazılar

Tramp TikTok-un bloklanmasını təxirə saldı
18 iyun 2025 , 05:45
İsrail Tehran ətrafında hücum əməliyyatına başladı
18 iyun 2025 , 03:58
Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38
Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp
17 iyun 2025 , 21:01
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23