Ermənistan AES-dən əl çəkmək niyyətində deyil
Lent.az-ın “France-Presse”ə istinadla xəbərinə görə, Avropa Birliyi Ermənistan hökumətinə 1976-cı ildə tikilən bu stansiyanı bağlamağı təklif edib. Bundan bir-neçə gün sonra isə Ermənistan hökuməti əlavə bir reaktor tikintisi üçün “böyük qardaş”la müqavilə bağlayıb.
Yerli QHT-lərin fikrincə paytaxtın 30 km-də yerləşən bu stansiya daimi təhlükə mənbəyidir. 1988-ci ildə baş verən zəlzələnin episentri stansiyadan cəmi 90 km aralıda (Spitak) yerləşib. Zəlzələdən sonra AES bağlanıb, 1993-də isə ölkəni enerji böhranından çıxarmaq üçün təkrarən işə salınıb. Medvedevin son səfəri zamanı isə 1060 meqavatt gücündə yeni reaktorun işə salınması üçün 5 milyard avroluq saziş bağlanıb.
Yaşıllar hərəkatının lideri Akop Sanasyanın fikrincə “burada AES inşa edənləri xalqın taleyi maraqlandırmayıb. 5 tektonik layda yerləşən bu ərazi sınıq boşqaba bənzəyir”.
Ermənistanın enerji naziri isə “heç bir nefti və qazı olmayan ölkə üçün AES-dən daha yaxşı variant” görmür. Əhali də təhlükədən xəbərdar olsa da, 90-cı illərin qaranlığına - paytaxta elektrikin sutkada 2 saat verildiyi dövrə qayıtmaq istəmir.
Görünür Azərbaycan və Türkiyə ilə münasibətləri korlamaq ermənilərə hələ çox ziyan vuracaq.
Vüqar Ələsgərov
Şəkildə: erməni kəndli AES-in yanında yetişdirdiyi xiyarı satır

591