Yük maşını partladı: 60 nəfər ölüb
17 sentyabr 2010 14:12 (UTC +04:00)

Yük maşını partladı: 60 nəfər ölüb

Şri-Lankanın şərqindəki Battikaloa şəhərində partlayıcı yüklü maşın partlayıb, ən azı 60 nəfər həyatını itirib. Lent.az-ın “Reuters “agentliyinə istinadən verdiyi məlumata görə, Şri-Lanka Müdafiə Nazirliyi maşındakı partlayıcıların Şri-Lankada yol tikintisi ilə məşğul olan Çinin “MCNS” şirkətinə mənsub olduğunu bildirib.

Partlayıcılar avtomobil yolunun tikintisində istifadə üçün nəzərdə tutulubmuş. Yük maşını polis şöbəsinin binasının yaxınlığından keçərkən partlayıb. Binaya ciddi zərər dəyib. Ölənlərin də əksəriyyəti həmin vaxt binada olan milis əməkdaşlarıdır.

MCNS şirkətinin baş direktoru iki çinlinin də həyatını itirdiyini açıqlayıb. Partlayışın təsadüf nəticəsində baş verdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar