Dünyanın ən böyük AES-ində  sızma aşkarlandı
17 sentyabr 2010 19:11 (UTC +04:00)

Dünyanın ən böyük AES-ində sızma aşkarlandı

Yaponiyanın Ksasivadzaki-Kariva Atom Elektrik Stansiyasının yeddinci reaktorunda aparılan yoxlama zamanı sızma qeydə alınıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, reaktorda mikroskopik dəlik olduğu üzə çıxıb.
Ətrafa sızan qaz tullantılarının tərkibindəki radioaktiv maddələrin xüsusi çəkisi normadan 2100 dəfə çoxdur. Rəhbərlik reaktorun fəaliyyəti dayandırmayıb, ancaq onun gücünü azaldıb. Mütəxəssislər bu şəraitdə dəliyi qapamağa çalışacaqlar. Sızmanın nə dərəcədə təhlükəli olması barədə hələlik ətraflı açıqlama verilmir.
Bu, dünyanın ən böyük atom elektrik stansiyasıdır. Ksasivadzaki-Kariva Atom Elektrik Stansiyası paytaxt Tokiodan 260 kilometr uzaqlıqda yerləşir. 7 bloklu stansiyanın gücü 8,2 meqavattdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863

Oxşar yazılar