Əhmədinejadın Ərdoğana 25 milyon dollar bağışlaması məsələsi ciddiləşir
İngiltərənin “The Daily Telegraph” qəzetində dərc olunan “İran hakimiyyəti Türkiyənin iqtidar partiyasına 25 milyon dollar bağışlayıb” başlıqlı məqalə ətrafında qalmaqal böyüməkdə davam edir. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın sədri olduğu hakim partiya “Telegraph”ın üzr istəməsini və yazının qəzetin internet saytından çıxarılmasını tələb etsə də, “The Daily Telegraph” qəzetinin rəhbərliyi məlumatın əsaslı olduğunu və avropalı diplomatlardan alındığını bildirib.
“The Daily Telegraph” məsələni bir az da dəqiqləşdirib. Qəzetin xarici xəbərlər şöbəsinin redaktoru Con Coughlin deyib ki, bu mətbu orqanda xəbərlər yuxuda görülərək yazılmır. O qeyd edib ki, pulu İran prezidenti Mahmud Əhmədinejad göndərib və bu pul İranın “Əhli-Beyt” təşkilatı tərəfindən İHH təşkilatına çatdırılıb. İHH də pulu öz növbəsində AKP sədri, baş nazir Rəcəb Tayyib Ərdoğana verib.
Qeyd edək ki, İHH Qəzza sektoruna yardım aparan gəmi karvanını təşkil edən humanitar təşkilatdır. İsrail bu təşkilatı terrorçu siyahısına daxil edib, ABŞ Konqresində də hazırda bu təşkilatın terrorçu siyahısına salınması yönündə müzakirə gedir. Almaniya da artın İİH-nin ofisləri bağlanılıb.
AKP sədrinin müavini Ömər Çelik isə bu gün növbəti açıqlama yayıb və “The Daily Telegraph” qəzetini yerli və beynəlxalq məhkəmələrə vermək yönündə prosesə başlayıblar.

Oxşar yazılar

İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 08:47
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11