Robert Geyts: «İran nüvə silahı əldə etmək inadından əl çəkmir»
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Robert Geyts İslam Respublikasına hərbi zərbələrin endiriləcəyini istisna etməyib.
Amerikalı nazir agentliyə müsahibəsində «İrana qarşı hərbi müdaxilə ehtimalı» ilə bağlı sualı cavablandırarkən deyib: «Əvvəllər də demişəm, hər dövlət öz imkanlarını açıq saxlayır. Bəllidir ki, hərbi əməliyyatlar İranla bağlı problemin həlli yollarından biridir. Bunun yanaşı, anlamaq lazımdır ki, savaş qeyri-müəyyən və dəhşətli izlər qoyur. Fikrimcə, məsələnin hərb yolu ilə həllinə ən son üsul kimi baxmaq lazımdır».
«İran atom silahına yiyələnmək üçün nə kimi nailiyyət əldə edib» sualına isə R.Geyts belə cavab verib: «İranlılar nüvə silahı əldə etməkdə israrlı görünür. BMT Təhlükəsizlik Şurası bir neçə sanksiya qəbul edib. İran beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunur, ancaq atom-nüvə proqramının inkişafı istiqamətində fəaliyyətinin davam etdirir».
O, prezident Buşun hakimiyyəti illərində belə İranın dinc məqsədli atom proqramını qəbul etməyə hazır olduqlarını da vurğulayıb: «Biz zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınaraq, orada özünəməxsus bankda saxlanılması ideyasını dəstəklədik. Onların hərbi məqsədli nüvə proqramını dayandırmasının doğruluğuna inansaq, o zaman dinc hədəfli atom layihəsini dəstəkləyərik. Ancaq İranı heç kim saxlaya bilmir».
İran rəsmiləri isə nüvə proqramının dinc məqsədli olduğunu, habelə atom bombası əldə etmək niyyətində olmadıqlarını bəyan etməkdədirlər.
Sədrəddin Soltan

Oxşar yazılar

İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 08:47
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11
Tehranda partlayışlar olub -VİDEO
15 iyun 2025 , 15:20