Putinin vədi yetmədi
Rusiyada dövlətə aid olan neft kəmərlərinə nəzarəti əlində cəmləyən “Transneft” şirkətinin prezidenti Nikolay Tokarev Türkiyə ilə Samsun-Ceyhan neft boru kəmərinin tikintisi barədə aparılan müzakirələrin dayandırıldığını bildirib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Nikolay Tokarev deyib ki, Bolqarıstandan keçəcək Burgaz-Dedeağaç neft boru kəməri layihəsi Samsun-Ceyhan neft boru kəməri layihəsi ilə müqayisədə daha cəzbedicidir.
“Transneft” prezidenti qeyd edib ki, Burgaz-Dedeağaç kəmərinin inşasına bu il başlamaq mümkündür: “Samsun-Ceyhan boru kəməri ilə bağlı isə bir çox suallar açıq qalıb və onların cavabını tapmaq çox çətindir. Türkiyənin təklif etdiyi tranzit kəmərinin xərcləri boğazlardan tankerlərin keçməsi üçün verilən vəsaitdən daha bahadır”.
Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin keçən həftə Soçidə bildirmişdi ki, Samsun-Ceyhan neft boru kəməri ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana söz veriblər və bu kəmər tikiləcək.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 06:33
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11
Tehranda partlayışlar olub -VİDEO
15 iyun 2025 , 15:20
İsrail ordusu: 50 qırıcı gecə saatlarında Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib
15 iyun 2025 , 14:47
Makronun bağbanı tualetlə bağlı şikayətinə görə işdən çıxarıldı
15 iyun 2025 , 10:18