İnternet Dmitri Medvedevi televizordan uzaqlaşdırıb
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev internetin dövlət tərəfindən idarə olunması ideyasından imtina edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu cür bəyanatla Dmitri Medvedev Yaroslavlda keçirilən Dünya Siyasi Forumunda çıxış edib.
Onun sözlərinə görə, hazırda Rusiya hökuməti şəbəkə ilə məşğul olmur, internet öz qanunları ilə yaşayır. Dmitri Medvedev internet və elektron KİV-lərin ölkə vətəndaşların həyatlarında getdikcə daha böyük rol oynadığını, özünün televizora gec-gec baxdığını da vurğulayıb. Rusiya prezidenti bildirib ki, dövlət başçısının rəsmi saytı Rusiya vətəndaşlarının hakimiyyətə müraciət etmək üçün istifadə edə biləcəyi bir alətə çevrilib və vətəndaşların sayta yönəltdikləri bütün müraciətlər aidiyyəti strukturlara göndərilir.

Oxşar yazılar

Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKA
27 avqust 2025 , 13:44
Kanadada 2 milyard illik qədim su tapıldı - Dadı necədir?
27 avqust 2025 , 12:44
Trampdan yenilik - Ölüm hökmünü bərpa edir
27 avqust 2025 , 03:23
ABŞ-a getmək istəyənlərə bəd xəbər - Viza həddindən artıq bahalaşdı
27 avqust 2025 , 01:51
Donuz ciyərini insana köçürdülər - SENSASİYA
26 avqust 2025 , 20:00
Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI
26 avqust 2025 , 18:18
Çin dünyada ən böyük günəş elektrik stansiyasını tikir
26 avqust 2025 , 07:30