Əsgərlik yaşına çatmış xaricdəki İran vətəndaşları yoxlanılacaq
Ayətulla Xomeyninin yaratdığı İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, hakimiyyətin qanundankənar gözü, vətəndaşların dinc etiraz aksiyalarında pozuculuq fəaliyyəti göstərən və s. bu sayaq əməllərə görə yaradılmış bəsicilər ordusu deyəsən Tehran azlıq edir. Ya ölkə vətəndaşları bu hakimiyyətin iddiaları uğrunda ölmək istəmir, ya da dövlətin maliyyə ehtiyaclarını əsgərlik yaşı çatanların hesabına ödəmək istəyirlər…
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatında bildirilib ki, İran polisi çağırış yaşına çatan ölkə vətəndaşlarını tibbi müayinədən keçirmək üçün xarici ölkələrə səfər edəcək. Əsasən xəstəliyə görə hərbi xidmətdən azad edilmişlər yoxlanılacaq.
İran Hüquq-mühafizə keşikçiləri qüvvələrinin ictimai məsələlər şöbəsinin rəhbəri, general Həmid Sədrüssəadəti bununla bağlı deyib: «Xaricə gedəcək həmin həkimlər xəstəliyinə və ailə vəziyyətinə görə hərbi xidmət etməyənlərin ərizələrinə baxacaq».
Onun sözlərinə görə, bu tədbir çağırışçıların «vaxtına və vəsaitinə qənaət etmək üçün keçirilir». İran Xarici İşlər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən, həkimlər İslam Respublikası vətəndaşlarının daha çox yaşadığı ABŞ, Britaniya, Almaniya, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avstraliyaya səfər edəcək.
General qeyd edib ki, uzun müddət xaricdə yaşayan İran vətəndaşlarının hərbi xidmətdən azad edilmələri üçün müəyyən edilmiş mexanizm mövcuddur. «Belə şəxslər hərbi xidmətdən azad olmaq üçün müəyyən edilmiş məbləğdə maliyyə vəsaiti ödəməlidir. 2003-cü ilin martınadək İranı tərk edib, iki il ərzində xaricdə bir yerdə 9 ay yaşayanlar hərbi xidmətdən azad olmaq üçün 10 milyon tümən (8 min manat - S.S.) məbləğində pul ödəməlidir» - deyə, H.Sədrüssəadəti söyləyib.
Rəsmi məlumata əsasən, İran Silahlı Qüvvələrinin sayı 350 min nəfərədəkdir. Orduya əsasən kişilər çağırılır. Xidmət müddəti 17 aydan 20 ayadəkdir. Çağırış məsələləri ilə Hüquq-mühafizə keşikçiləri qüvvələri məşğul olur. Bu qurum dinc dövrdə ölkənin Daxili İşlər Nazirliyinə tabedir. Fövqəladə hallarda isə o, İranın hərbi rəhbərliyinin tabeçiliyinə verilir.
İslam Respublikasının qanunlarına əsasən çağırış yaşına çatmış İran vətəndaşı hərbi xidməti keçməzsə, o iş tapa, xaricə gedə, qeydiyyat alınmadığından hətta ailə belə qura bilməz.
Sədrəddin Soltan

680