İranın 3 atom bombası yaratmağa yetəcək zənginləşdirilmiş uranı var
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu, MAQATE-nin son hesabatında qeyd olunur. Hesabatda yazılır ki, hazırda Tehranın 20 faiz zənginləşdirilmiş 22 kiloqram uranı, 2,8 ton 3,5 faiz zənginləşdirilmiş uranı var. MAQATE vurğulayır ki, İran hakimiyyəti bu urandan atom bombası yaratmaq üçün istifadə etməyəcəyini bildirsə də, ekspertlərdə şübhə var.
ABŞ administrasiyası isə hesab edir ki, MAQATE-nin son hesabatı İranın beynəlxalq öhdəlikoəri yerinə yetirmədiyini bir daha sübut edir. Ağ Evin rəsmi nümayəndəsi Tommi Vietor deyib ki, Tehran atom bombası əldə etməyə yaxınlaşır.

756