Yeni Zelandiyada yenə zəlzələ oldu
07 sentyabr 2010 11:53 (UTC +04:00)

Yeni Zelandiyada yenə zəlzələ oldu

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün saat 10:48 radələrində Xoks-Bey rayonunda 5,4 bal gücündə zəlzələ qeyd alınıb.


Zəlzələnin ocağı Poranqaxau şəhərindən 20 kilometr cənub-şərqdə olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi də yoxdur.

Qeyd edək ki, 3 gün əvvəl Yeni Zelandiyada 7,2 bal gücündə zəlzələ baş verib. Bir çox binanın çatlaması və bir neçə binanın çökməsinə baxmayaraq, ölüm hadisəsi olmayıb. Yalnız 2 nəfər yaralanıb. Ölkə rəsmiləri bunu möcüzə kimi dəyərləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar