Tehran Ermənistana benzin ötürəcək?
İndiki şəraitdə İslam Respublikası bu yanacağı az qala qaçaqmalçılıq yolu ilə satın alır
İran rəhbərliyi neft məhsullarının idxalı ilə bağlı problem olmadığını bəyan etsə də gerçəklik fərqlidir.
Lent.az-ın «Qolos Ameriki»-yə istinadən məlumatına əsasən, ölkədə neft məhsulları çatışmazlığı yaranıb. Yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr yarandığını vurğulayan mənbənin bildirdiyinə görə, hakimiyyət yanacaqla bağlı problemin mövcudluğunu təkzib edir.
İranın OPEK-dəki təmsilçisi Məhəmməd Əli Xətibi BMT, ABŞ və Avropa Birliyinin İslam Respublikasına qarşı tətbiq etdiyi yasaqların «benzin alınması üçün heç bir maneə yaratmadığını» söyləyib.
Ölkənin nəqliyyat və yanacaq komitəsinin başçısı Məhəmməd Roanian isə yanacağın bahalaşması faktını inkar edib. Onun sözlərinə görə, vətəndaşlara verilən gündəlik yanacaq kvotasında və qiymətlərdə heç bir dəyişiklik yoxdur.
Ancaq heç kimə sirr deyil ki, sonuncu, 4-cü sanksiyadan sonra dünyanın bir sıra aparıcı şirkətləri «Total», «Lukoyl», habelə Malayziya, Hindistan və Çin son həftələr ərzində islam Respublikasına neft məhsullarının ixracını ya azaldıb, ya da tamamilə kəsib.
Təl -Əvivdəki MEEPAS iqtisadi və siyasi araşdırma mərkəzinin təmsilçisi Meyr Yavendafarın sözlərinə görə, Türkiyədən də İrana tədarük edilən yanacağın qiyməti atırılıb: ««Reuters» agentliyinin son məlumatına əsasən İran hazırda Türkiyədən benzini bazar qiymətindən 25 faiz baha alır».
Bəzi mənbələrin bildirdiyinə görə, ölkədə benzinin qiyməti 40 sentdən 80 sentədək bahalaşıb.
İran prezidenti Mahmud Əhmədinijat bu yaxınlarda bildirmişdi ki, beynəlxalq sanksiyalar neft məhsullarının idxalına təsir göstərməyib və bu istiqamətdə tədarük artıb.
Neft nazirinin müavini Əlirza Zeyğami isə deyib ki, yeni neftayırma zavodlarının tikintisinə 26 milyard dollar xərclənəcək. Bu layihə gerçəkləşəcəyi halda daxili bazarın tələbatının 70 faizi təmin oluna bilər. Bunun belə İranda benzinə olan tələbat günü-gündən artmaqdadır. Nazir müavininin sözlərinə görə, gündə ümumilikdə 12 milyon litr benzin istifadə edilir. Hazırda ölkədə 44 milyon litr benzin istehsal olunur.
Səddam Hüseynin hakimiyyəti illərində İraqa tətbiq edilmiş iqtisadi sanksiyalar ucbatından bu ölkəyə bütün məhsullar qaçaqmal gətirilir və çıxarılırdı. Bu vəziyyət uzun sürmədi. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, Tehran hakimiyyəti də bir sıra malları, o cümlədən yanacağı da qanunsuz yolla əldə etməyə səy göstərir. Bir çox hallarda buna nail olur. Həmin «kanallar» aşkarlandıqdan sonra ölkənin vəziyyəti necə olacaq?
Yeri gəlmişkən, bir məsələni də yada salaq. Tehran hakimiyyəti Təbrizdə neftayırma zavodu tikərək, orda emal olunan benzini boru vasitəsi ilə Ermənistana ötürməyi nəzərə tutan layihəni gerçəkləşdirmək istəyir. İndiki şəraitdə İslam Respublikası rəhbərliyinin bu sayaq bəyanatı «blef»ə daha çox oxşayır. Amma gündəlik tələbat mallarından əziyyət çəkən Ermənistana Tehran hakimiyyətinin ərzaqla yardım etdiyi haqda xəbərlər həqiqətə daha çox oxşayır...
Sədrəddin Soltan

Oxşar yazılar

ABŞ-da 6 nəfəri daşıyan təyyarə dənizə düşdü
10 iyun 2025 , 07:45
Moskva hava limanlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB
10 iyun 2025 , 06:11
Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50