Kazanda «İslamic Fashion» keçiriləcək
03 sentyabr 2010 15:46 (UTC +04:00)

Kazanda «İslamic Fashion» keçiriləcək

Ölkədə bu yöndə olan 31 illik narazılığı aradan qaldırmaq məqsədi ilə dünyanın çeşidli ölkələrində bu ad altında mərasimlərə qoşulur, sanki ölkə əhalisinə «bütün dünya bu işlə məşğul olur» demək istəyir.

Lent.az-ın «tatar-inform»-a istinadən məlumatına əsasən, bu il sentyabrın 17-də Tatarıstan paytaxtı Kazanda müsəlman dizaynerlərin «İslamic Fashion» adlı müsabiqəsi keçiriləcək. Tədbirə 24 yerli dizaynerin qatılacağı bildirilib. Xarici ölkələrdən isə bu müsabiqədə İran və İndoneziya iştirak edəcək.

Tatarıstan müsəlmanları birliyinin sədri Nailə Ziqanşinanın sözlərinə görə, yerli dizaynerlər arasında daha çox Tatarıstan dərziləri müraciət edib. Tədbirə qatılmaq istəyənlər arasında Moskva, Sankt-Peterburq, İvanovodan olan dizaynerlər var: «İran və İndoneziya dizaynerlərinin iştirak qətiləşib. Türkiyəlilərlə danışıqlar aparılır».

«İslamic Fashion»-a müraciət sentyabrın 10-da başa çatacaq. Təşkilatçıların məqsədi müsəlman dəblərinin inkişafını nümayiş etdirmək, onların gənclər arasında təbliğidir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1187

Oxşar yazılar