İRNA agentliyi islamçılara qarşı
İran İslam Respublikasında hakimiyyətiçi münasibətlərdə ciddi problemlərin olduğu zaman-zaman çeşidli xəbərlərlə üzə çıxır.
Avqustun 6-da Tehranda keçirilən sonuncu Cümə namazında ayətulla Əhməd Xatəminin çıxışı ölkənin çeşidli informasiya vastlərəi tərəfindən senzuraya tuş gəlib.
İran televizya və radioları, o cümlədən İRNA kimi tanınmış rəsmi agentliyi onun İran prezidenti Mahmud Əhmədinijatın müşaviri Rəhim Məşşai barədə dedikləri fikri yayımlamayıb. Televiziya və radiolar isə Ə.Xatəminin cümə xütbəsini yarımçıq verib.
Lent.az-ın «azr.baybak»-a istinadən məlumatında bildirilib ki, R.Məşşai xarici ölkələrin birində iranlılarla görüşdə deyib: «İslam mövzusunda müxtəlif anlayışlar var. Amma İslamın və İranın həqiqəti İran təlimidir. O halda biz bundan sonra dünyaya İran təlimini tanıtmalıyıq».
«İran təlimi» anlayışı altında müşavir İsfəndiyar Rəhim-Məşşai əslində «İran mərkəzli fars düşüncə sistemini» nəzərdə tutur. O, bunu «yeni ideya» adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayır. Müşavir təbliğat zamanı fars şovnisti Firdvösinin uydurma qəhrəmanlarının adlarını çəkərək, «bu gün iranlıların hamısı «Arəş», «Rüstəm», «İsfəndiyardırlar» deyib.
Qeyd edək ki, bir müddət öncə Mahmud Əhmədinijat da İranın «Amerika, İsrail» kimi başqa «düşmənləri qarşısında arəşlərin, rüstəmlərin, isfəndiyarların duracağını» söyləmişdi.
Ölkənin tanınmış çeşidli şəxsləri, o cümlədən ayətulla Əhməd Xatəmi də Əhmədinijatın fikrilərinə Cümə namazında münasibət bildirib : «İmam Xomeyni həmişə deyərdi ki, inqilab İran inqilabından əvvəl, İslam inqilabıdır. Əgər İran məktəbi (paniraçılıq və panfarsçılıq nəzərdə tutulur-S.S.) İslamın qarşısında durarsa, onda bu dinimizə şərik qarışdırılmış millətçilikdir. Biz İslami-İranı istəyirik. Bizim hər şeyimiz İslamdandır. Bizim məqsədimiz və məktəbimiz İslamdır. Beləliklə, İran məktəbini, İslam məktəbinə qarşı qoymaq , inqilabın əvvəllərində çıxış edən siyasətçinin dediyi məsələlərdəndir».
Tehranın Ə.Xatəmi İranın İslamla nüfuz qazandığına diqqəti çəkərək, inqilabın ilk illərində bir siyasətçinin dediklərindən örnək gətirib : «O siyasətçi deyərdi, bizim İmam Xomeynilə fərqimiz budur ki, İmam İranı İslam, biz isə İslamı İran üçün istəyirik. Bu da şərikliyə qarışmış bir məsələ olduğundan İmam bu məntiqi Qurana zidd olduğunu bildirirdi. Tarixlər boyu biz vətənin müdafiəsində dindarlar durduğunun şahidi olmuşuq. Bir çox millətçilər isə adətən vətənə xəyanət etmişdilər».
Ə.Xatəmi «millətçi» dedikdə «İran milləçilərini» nəzərdə tutur. Bu millətçilik isə əsasında panfarsçılıq duran panirançılıqdan douğur.
Mütəhhərri soyadlı İran parlamentinin üzvü də Məşşainin «biz Rüstəmin, Areşin uşaqlarıyıq»- fikrinə münasibət bildirərək, deyib : «Görəsən, bundan sonra İslamın yerinə, İrandanmı danışacağıq? İnqilabımızın ideoloji və İslami mahiyyəti, irqçi bir mahiyyətəmi çevriləcək?. Şəhidlərin ağası Həmzənin, İmam Əlinin (ə), Hüseyn ibn - Əlinin (ə), Malik Əştərin, Əmmar Yasirin, Əbülfəzl Abbasın, Salmanın, Əbuzərin, Miqdadın yerinə bundan sonra «Rüstəm», «Siyavuş», «İsfəndiyar» və «Areş»mi bizim modelimiz olacaq?"
Deputat Mütəhhərri Əhmədinijatdan Məşşainin açıqlama verməsini istəyib.
İsfəndiyar Rahim –Məşşai Əhmədnijatın yaxın qohumudur. Ötən ilki prezident seçkisindən sonra yəhduilər və İsrail dövləti haqda xoş sözlər dediyinə görə, hakimiyyətdəki çeşidli qruplar tərəfindən kəkin tənqidə məruz qalmışdı. Düzdür, sonradan yəhudilər haqda dediklərinin əksinə də çıxış etmişdi. Amma Mahmud Əhmədinijat onu prezident aparatının başçısı kimi təsdiqlədə bilmədi. Əvəzində özünə müşavir təyin etməklə kifayətləndi.
Güney Azərbaycanın qərbi Azərbaycan bölgəsinə səfəri zamanı isə «kürdləri ari» irqidən adlandıraraq, Azərbaycan torpaqlarının bu «irqə məxsus» olduğunu sölyəmişdi.
Hakimiyyətin daxilində bu sayaq panfarsçı çıxışlar İrandakı mövcud siyasi islam ideologiyasının böhran yaşadığını deməyə əsas verir. Bu ilk belə çıxış deyil. Məhəmməd Xatəminin prezidentliyi illərində ölkənin ali rəhbəri ayətulla Xamneyi «İranın birlik amilinin İslam dini» olduğunu söyləmişdi. Onun çıxışından bir gün sonra o vaxtkı prezident M.Xatəmi ali rəhəbərinə cavab verirmiş kimi, «İranın milli birlik amili fasr dili və mədəniyyətitdir» demişdi.
İran informasiya vasitələrinin məsələyə ikili yanaşması illər uzunu deyilənləri təsdiqlməməkdədir. Bu baxımdan İslam Respublikasındakı bütün informasiya kanallarının panfarsçıların əlində olduğu qənatəinə gəlmək olar. 30 ilə yaxındır deyilir ki, islam dini İran hakimiyyətinə panfarsçılığını gizləmək üçün bir vasitədir. Keçmiş sovetlər dönəmində də «velikorus şovnizimi» kommunist ideologiyası altında gizlənirdi…
Sədrəddin Soltan
Məhusbların ailələri hakimiyyətə iki həftə vaxt verib
Azərbaycan türklərinin milli –məədəni haqlarının gerçəkləşməsini tələb etdikləri üçün tutulan Güney Azərbaycan Milli Hərəkatının təssübkeşlərinin sərbəst buraxılması ilə bağlı çeşidli benyəlxalq hüquq qurumlarının İran hakimiyyətinə müracitələrinə Tehran məhəl qoymur.
Ötən gün Güney Azərbaycan türklərinin 2006-cı ilin 22 may hərəkatı («İran» qəzetində türkləri aşağılayan materiala etiraz) və Babəkin doğum günü ilə əlaqədar Bəzz qalasına yürüşə qatılıdığı üçün həbs olunmuşların ailələri birgə bəyanat yayıb.
Lent.az-ın «GünAztv» -yə istinadən məlumatda bildirilib ki, müraicət edənlər yaxınlarının həbsinə etiraz edərək, onların iki həftəyə sərbəst buraxılmasını tələb ediblər : «Artıq iki aydır İran hakimiyyəti əzizlərimizi qanunsuz olaraq həbs edib. Bu müddətdə bir çox dövlət idarələrinə, o cümlədən həbsxana, məhkəmə, valilik, İnqilab Keşikçiləri Qvardiyası, ETTELAAT və gümanımız gələn başqa qurumlara müraciət ünvanlasaq da, hələlik onların ittihamı haqda sorğumuza heç bir cavab verilməyib.
Əlbəttə, bu da onların qanunsuz olaraq tutulduğunu aşkara çıxarır. Nə üçün əzizlərimizlə görüşə izn verilmir? Nə üçün onların yerləri gizli saxlanılır? Bu da övladlarımızın və ailə üzvlərimizin işgəcə altında olunduğunun nişanəsidir. Bütün qanuni yollarla çalışsaq da, iki aydır nə görüş icazəsi ala bilmişik, nə saxlanıldıqları yer haqda məlumat əldə etmişik, nə ittihamları barədə suallarımıza bir cavab almışıq. Əgər dövlət şəriət qanunları ilə idarə olunursa, o, zaman millətinin dili və mədəniyyətinə görə çalışdığı üçün bir insanın tutulması İslamın hansı qanununda ggösətrilib? Məgər İran İslam Respublikasının İslamında türk olmaq günahdır? Əgər belə deyilsə, o zaman bizim övladlarımız niyə və nə üçün həbs olunub? Buna İslam Respublikası hakimiyyəti açıq bir cavab verməli deyilmi? Təəssüflə deməliyik ki, hakimiyyətin bütün qapılarını döysək də, süründürməçiliklə başımızın qatılmasından savayı bir nəticə almamışıq. Madam ölkədəki qanunlar bizim haqqımızı qorumur, onda biz öz millətimizdən yardım istəyirik. Çünki millətin məhkəməsi ən adil məhkəmədir: «Yardımadım edin, bu məmləkətdə heç bir ədalət və qanun yoxdur».
Məhbusların ailələri müraicət sonunda bildirib ki, yaxınları sərbəst buraxılmazsa, o halda İran Məhkəməsinin Təbrizdəki şöbəsinin binası qarşısında oturaq etiraz aksiyası keçirəcəklər: «Ümid edirik ki, diktatura şərtləri altında yaşayan bütün İran əhalisi, xüsusiilə də Azərbaycan türkləri İran adlı zindandan qurtulub öz azadlıqlarına qovuşacaqlar».

634