Dubay İrana xəbərdarlıq edib
Mərkəzi Bank rəhbəri idxalın azaldılmasını təklif edib
Birləşmiş Ərəb Əmirliyi İrana qarşı sanksiya tətbiq etdiyini açıqlamasa da, atdığı addımlar bunu təsdiqləyir.
Dubay Əmirliyindən yayılan xəbər görə, əmirlikdə İranın «Persia International Bank» adlı bankının hesablarının dondurulduğu bildirilib.
«The National» qəzeti Dubay maliyyə qurumunun bu haqda bəyanatını dərc edib: «Avropa Birliyinin sanksiyasına uyğun olaraq, İranın atom-nüvə proqramı ilə əlaqədə olan şirkət, fərd və müəssisələrrin hesabları dondurulub. «Persia International Bank» da onların arasındadır.
Bizmi addımımız İran üçün siqnaldır – bəsdir durun. Biz İranın keçmiş iş adamlarına xidməti dayandırırıq. Əmirlik hakimiyyəti razılıq vermədən, öncədən araşdırma aparılmadan yeniləri ilə iş qurmayacağıq».
Xatırladaq ki, İran Mərkəzi bankının başçısı Mahmud Bəhməni dünən keçirdiyi mətbuat konfransında ölkəsinə tətbiq edilmiş sanksiyaları İslam Respublikası iqtisadiyyatı baxımından dəyərləndirərək, qadağaların səmərəsinin azaldılması ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Lent.az-ın «AFR» agentliyinə istinadən məlumatına əsasən, Bəhməni əminliklə deyib ki, İslam Respublikası idxal malların həcmini azaltmaqdan, yerli məhsullara üstünlük verməkdən, pərakəndə malların çıxarılmasına vergini artırmaqdan başqa hökumətin yolu yoxdur: «Sanksiya artıq tətbiq edilib. İmkanlardan ağılla istifadə edilərsə, bundan qorxmaq lazım deyil. Bu tədbirlər iranlılara təqdim edilməlidir» .
Mərkəzi Bankın başçısının sözlərinə görə, yasaqlar yalnız bank sisteminə deyil, energetika, özəlliklə yanacaq istehlakına da təsir göstərdiyindən onun qənaətlə işlədilməsinin vacibliyin vurğulayıb.
Xəbərdə qeyd olunub ki, dövləti rəsmi agentliyi, İRNA-nın məlumatına əsasən, 2010-cu ilin martınadək idxal olunan malların maya dəyəri 55 milyard dollar təşkil edib.
Sədrəddin Soltan

670