İran dörd dəst S-300 qurğusu əldə edib
Rusiya istehsalı olan məşhur S-300 zenit raket qurğusunun İrana satılması ilə bağlı söz-söhbət bir neçə ildir ki, davam etməkdədir. BMT-nin Tehrana qarşı sonuncu qətnaməsindən sonra Moskva bu kompleksin İslam Respublikasına satılmayacağını qəti şəkildə bəyan etdi.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, buna baxmayaraq, İslam Respublikası 4 belə kompleksi əldə edib. Mənbənin bildirdiyinə görə, onların ikisi Belarusdan alınıb. İkisinin mənbəyi haqda məlumat hələ ki yoxdur.
İran mətbuatının yazdığına görə, iranlı mühəndislər öz S-300-lərini yaratmaq istəyir. Qeyd edək ki, bu ilin aprelində Tehranda keçirilmiş hərbi parad zamanı, iranlı hərbçilərin fikrincə, “Rusiyanın S-300 raketinə uyğun” raketlər təqdim olunmuşdu.
Qısa arayış: S-300 zenit raket kompleksi orta radiusla 100 km-dək məsafədən 100 hədəfi izləyə bilir, 12-yə qədər hədəfi məhv etmək qabiliyyətinə malikdir.
Bu sistem 1979-cu ildə keçmiş SSRİ-nin silah arsenalına daxil edilib. Bu kompleks iri sənaye və dövlət obyektlərini kosmik-hava hücumundan qorumaq üçün təyin olunub.
S-300 6-75 km-lik məsafədə uçan təyyarələri, 6-40 km-likdəki qanadlı və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir.
Onu da qeyd edək ki, sanksiyadan sora İranla hərbi-texniki sahədə əməkdaşlıqdan imtina edən Rusiyanın 11-13 milyard dollar ziyana düşəcəyi ehtimal olunur. 2001-ci ildən etibarən ruslar İranı silahla təchiz etməyə başlayıb. 25 milyard dollarlıq bu layihənin 25 ilə gerçəkləşdirilməsi nəzərdə tutulub.
S-300-lə bağlı 800 milyon dollarlıq müqavilə 2007-ci ilin payızında imzalanıb. Bu anlaşmanın icrasından imtina edəcəyi halda, Moskva cərimə olunaraq, Tehrana müqavilənin ümumi dəyərinin 10 faizini ödəməlidir.
Sədrəddin Soltan

Oxşar yazılar

Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Moskvada fövqəladə vəziyyət - Bütün hava limanları bağlandı
10 iyun 2025 , 02:38
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54