“Earl” nəhəngləşir
“Earl” qasırğasının sahəsinin artıq ABŞ-ın Kaliforniya ştatının ərazisindən də böyük olduğu məlum olub.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, təhlükəlilik səviyyəsinə görə dördüncü dərəcəyə çatmış dağıdıcı qasırğanın diametri 288 kilometrdir və artmaqda davam edir.
Bu saatlarda ABŞ sahillərinə çatacaq küləyin sürəti saatda 200 kilometri keçir. Fəlakətin mərkəzi Şimali Karolina ştatı olacaq. Qasırğanın sahəsinin sürətlə böyüməsi ilə əlaqədar Şimali Karolina ştatından sonra Virciniya və Merilend ştatlarında da fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğanın Nyu-Yorku vuracağı barədə də sakinlərə xəbərdarlıq olunub.

662